"Ulu öndərin səhhəti pisləşəndə Ramiz Mehdiyev özünü prezidentliyə hazırlayırdı"

"Ulu öndərin səhhəti pisləşəndə Ramiz Mehdiyev özünü prezidentliyə hazırlayırdı"
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Milli Elmlər Akademiyası son zamanlar Ramiz Mehdiyevlə bağlı deputatların səsləndirdiyi fikirlərə və müxtəlif KİV-lərdə yayımlanan yazılara münasibət bildirib. Bu barədə AMEA-nın saytında Mətbuat xidmətinin məlumatı yayımlanıb.
Məlumatda “Milli Məclisin ənənəvi növbətçi trolu” adlandırılan depuatat Fəzail Ağamalı haqqında yazılanlarla bağlı Yeniavaz.com-a münasibət bildirib.
F. Ağamalının sözlərinə görə, “Milli Məclisin trolları” deyərək həqarətli fikir söyləmək bağışlanılan deyil:
“Bu, mənəviyyatsızlığın və əxlaqsızlığın ən yüksək səviyyəsidir. Çünki hər kəs tanıyır ki, Milli Məclisdə istər mən, istərsə də mənim həmkarlarım dövlətçilik mövqeyində dayanan, ona bütün varlığı ilə bağlı olan, xidmət göstərən insanlarıq. Bu cür insanlara qarşı “Milli Məclisin trolları” deyərək həqarətli fikir söyləmək bağışlanılan deyil. Bu, bir daha təkrar edirəm, R. Mehdiyevin mənəviyyatsızlığının, düşüncəsizliyinin və dünyagörüşünün söykənmiş olduğu xarakterin ən bariz və ən ciddi göstəricisidir. R. Mehdiyev erməni ailəsinə, ermənilərə xidmət edən ətrafına baxıb nəticə çıxarmaq əvəzinə onun ünvanına təhqirə yol vermədən tənqidi fikir söyləyənlərin hər birinə qarşı təhqir dolu fikirlər, ifadələr işlədir, onları aşağılamağa çalışır.O, hər bir Azərbaycan vətəndaşına hər zaman olduğu kimi yuxarıdan aşağı baxmaqla özünü mənəviyyatı puç olan insan kimi təqdim etməkdədir. Baxın, buna bir nümunə demək istəyirəm. 2020-ci ildə pandemiya dövründə, hər birimizin çətinlikdə olduğu vaxtlarda qanunlara əhəmiyyət vermədən öz nəvəsinə təmtəraqlı toy etdi. Ora çox saylı qonaqlar dəvət etdi. Yenə də Azərbaycan xalqından üzr istəmək əvəzinə, onun bu hərəkətlərini tənqid edən insanlara qarşı bu cür məkrli, hikkəli fikirlərini AMEA-nın saytında dərc etdirdi. Özünü bu dərəcədə xalqdan, dövlət xadimlərindən üstün tutmağa ona kim haqq verib? Bəllidir ki, o, dünya erməniliyinin içərisindədir. Və hər zaman dünya erməniliyinə və onların strateji məqsədlərinə xidmət edib. Bunun bütün həyatı maskalanmış şəkildə ermənilərə xidmət etməkdən ibarətdir. Azərbaycana zərbələr vurmaqda həlledici rol oynamaqdır. Azərbaycanın işıqlı adamlarından, ziyalılarınından gücü çatdığını, bacardığını təqib etməkdir, onları əzmkəkdir, həbsxanalara göndərməkdir. Bü cür əməllərlə məşğul olan R. Mehdiyevin nəninki AMEA-da prezident olmağa, heç insanlar arasında yaşamağa haqqı çatmır. Azərbaycan və türkə dönük, nifrət bəsləyən erməni arvadı Qalina Yeryevnanın qurduğu sistemə uyğun olaraq yaşayan və fəaliyyət göstərən birisidir”.
Deputat AMEA-nın məlumatındakı “Bütün Azərbaycan onun hansı biabırçılıqla deputat seçildiyinin şahidi olub” fikirlərinə isə belə şərh verdi:
“Ulu öndərimizin səhhətində çətin durum yarananda o, Türkiyədə, ABŞ-da müalicə olunurdu. R. Mehdiyev belə bir vəziyyətdə özünü prezident kürsüsünə hazırlayırdı. Bütün imkanlarını potensialını buna istiqamətləndirmişdi. Bununla bağlı radikal müxlifətlə danışıqlara da gedirdi. Onun tapşırığı ilə Ulu öndərlə bağlı mənəviyyatsız yazılar qəzetlərə ötürülürdü. Ulu öndərin səhhəti ilə bağlı problemləri şişirdirdi. Heydər Əliyevin tezliklə hakimiyyətdən getməsi məsələlərini gündəmə gətiriridi. Bu məsələlər onu himayə edən, Kremldə kifayət qədər ətrafı olan erməni lobbisinin vasitəsilə Rusiya KİV-lərində təbliğ olunurdu. Bax belə bir vəziyyətdə mən 2001-ci ilin sonlarında “Neytral” qəzetində R. Mehdiyevlə bağlı çox ciddi yazı ilə çıxış etdim. Onu mənəviyyatsızlıqda, komandaya xəyanətdə və şərəfsizlikdə ittiham etdim. Onun maskasını yırtdım. Çünki onun hakimiyyətə gəlməsi ilə Azərbaycan fəlakətli günə düşə bilərdi. Və təbii ki, mən buna qarşı çıxdım. Biz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi İlham Əliyevin təbliğatı ilə məşğul idik. Bu prosesdə Bakının indiki icra hakimi Eldar Əzizov da var idi. Mənim qəzetdə gedən müsahibəmdən bir ay sonra mənə qarşı təzyiqlər oldu, hətta ölümlə hədələməyə qədər. Və bundan sonra o, 2005-ci oildən başlayaraq özü arxada durararaq əlaltıları vasitəsilə mənə seçkilərdə problemlər yaratmağa başladı. Sona qədər çalışdı ki, mən Milli Məclisə deputat seçilməyim. Bizi yolumuzdan döndərmək üçün yeganə yol, seçki dairəsini ləğv etmək idi. Lakin bütün bunlara baxmayaraq bu durumdan layəqətlə çıxmağı bacardıq. Bu əməlləri törədənlərə qarşı cinayət işi açdıq. Lakin mən bu işin davamlı olmasını istəmədim. Xahiş etdim ki, o cinayət işi dayandırılsın. Çünki, düşünürdüm ki, onlar bu cəzanı çəkməli deyillər.
Bütün bunların arxasında R. Mehdiyev dayanırdı. Harda gərginlik, qaranlıq, Azərbaycanın dövlətçiliyinin əleyhinə xoşagəlməz məqamlar varsa, R. Mehdiyev orda var. R. Mehdiyev həyatı boyu Azərbaycan dövlətçiliyinə, xalqına problemlər yaradan adamdır. Mən xatırlayıram, 90-cı illərdə, 2000-ci illərin əvvəlində, deyərdim 2015-ci ilə qədər Azərbaycanın kollektiv məqsədlərinin həlli ilə bağlı ciddi məqamlarda radikal müxalifətə tapşırıqlar verirdi ki, onlar küçələrə çıxsın. Düşünülmüş şəkildə küçələrə çıxan insanlara qarşı zorakılıqlar törədilirdi. Buna məruz qalanların şəkilləri, videoları çəkilirdi, ayrı-ayrı yerlərdə yayılırdı. Beynəlxalq aləmdə də Azərbaycan anti-demokratik ölkə kimi təqdim olunurdu. Layihənin içində Ramiz Mehdiyev xüsusi yer alırdı”.
Depuatatdan R. Mehdiyevin həyatı “Azərbaycanın işıqlı adamlarından bacardığını həbsxanalara göndərməkdir” deyəndə kimləri nəzərdə tutduğunu da soruşduq:
“Bununla bağlı çoxsaylı faktlar var. Prezident Administrasiyasında rəhbər işlədiyi dövrdə kim səsini qaldırırdı, cəmiyyətdə nüfuz sahibi idisə, onlar hökmən R. Mehdiyev tərəfindən böhtana məruz qalırdı, sıxışdırılırdı. Xeyrəddin Xoca, "Yeni Azərbaycan" qəzetinin o vaxt baş redaktoru olan Alqış Həsənoğlu, tibb elmləri doktoru Eldar Abbasov və s. Eldar Abbasovun Şıxovda yaratdığı böyük müalicə mərkəzi var idi. Onu ən müxtəlif yollarla əlindən alaraq öz himayəsinə keçirdi, ətrafında restoranlar şəbəkəsi yaratdı. Mənim rəhbərlik etdiyim partiyanın Mərdanov qardaşları küçəsində olan ofisini zorakılıqla, qeyri-qanuni şəkildə əlimdən alaraq oranı özünə xidmət edən otelə çevirdi. Mən çox istəyərdim, həmin insanlar indi səsini çıxarsın ki, onlara hansı zülmlər, işgəncələr verilib.
Mən qətiyyən şübhə etmirəm ki, “Tərtər işi”ndə də beşinci kolonun baş rezidenti kimi R. Mehdiyev mühüm rol oynayıb. Çünki Azərbaycanda nə qədər beşinci kolon nümayəndələri varsa, onların hamısının baş məsləhətçisi, istiqamətvericisi və rəhbəri Ramiz Mehdiyevdir. O, ən böyük zərbəsini Azərbaycan elminə vurdu. AMEA bu gün təsərrüfat subyektinə çevrilib. Orada elmdən başqa hər şey mövcuddur”.
Qeyd edək ki, ötən ayın sonlarında F. Ağamalı R. Mehdiyevi tutduğu vəzifəni tərk etməyə çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1126 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...