"Ramiz Mehdiyev yetişmiş appendisitdir,kəsib atmaq lazımdır" - DEPUTAT

"Ramiz Mehdiyev yetişmiş appendisitdir,kəsib atmaq lazımdır" -
Ramiz Mehdiyev yetişmiş appendisitdir,onu kəsib atmaq lazımdır, bu sözləri deputat Etibar Əliyev Ramiz Mehdiyevin ona qarşı səsləndirdiyi fikirlərə münasibət olaraq anews.az-a açıqlamasında bildirib.

"Dünən Ramiz Mehdiyevin yazdığı bəyanət çox savadsız səviyyədə yazılmış bəyanət idi. Mənim və həmkarlarım haqqında səsləndirdiyi fikirlər tamamilə qərəzli və böhtan xarakter daşıyır. Heç vaxt hansısa pulun müqabilində yazı yazmamışam. Mən uzun illər "Bizim yol", "Yeni Musavat", "Azərbaycan" qəzetində köşə yazarı kimi cəmiyyətin elm və təhsil problemlərindən yazmışam. Gör Ramiz Mehdiyev nə günə qalıb ki, vaxtı ilə həbs etdirdiyi jurnalistə istinad edir. Guya o jurnalist mənim haqqımda doğru fikirlər səsləndirib. Mənim Ramiz Mehdiyev haqqında yazdığım yazılar 16 illik Milli Elmlər Akademiyasında çalışdığım alimlik fəaliyyətindən qaynaqlanan yazılardır.Hamı o adamın istefa verib getməsini istəyir. Hazırda Mehdiyev işinin başında tayfabazlıq,korrupsiya, insanları üz-üzə qoymaqla məşğuldur. O bizim arqumentlərimizə heç bir arqument gətirə bilmədiyi üçün belə böhtanlar atır. Əslində biz onu məhkəməyə verə bilərik. Mehdiyev sübut etsin ki, biz saxta yolla deputat seçilmişik. Elmə qarşı arqumentlərə elmlə cavab vermək lazımdır. Bu adam isə məişət arqumentlərindən istifadə edib daha da özünü cılızlaşdırıb.Bir daha deyirəm ki, bu adam AMEA-dan getməlidir.

AMEA-nın rəhbəri Ramiz Mehdiyev Etibar Əliyevin Milli Məclisə biabırçı şəkildə düşdüyünü etiraf edib.

"Bu adamın pul müqabilində illərlə ona-buna qarşı sifarişli yazılar yazdığı, böhtanlar atdığı bilinən bir həqiqətdir. Etibar Əliyev öz mahiyyəti və davranışı etibarı ilə daha çox Üzeyir bəy Hacıbəyovun "O olmasın, bu olsun” əsərindəki 5-10 manat qarşılığında hər kəsi ləkələməyə hazır olan saxta qələm sahibi Rzaqulu bəyi və Əbdürrəhim bəy Haqverdiyevin "Ac hərflər” əsərində "İftira” qəzetinin tənqidi və tərifi bir kotlet müqabilində alınıb-satılan müxbirini xatırladır. Fərq yalnız ondan ibarətdir ki, bu iftiraların daha ucadan səslənməsi üçün Etibar Əliyevi millət vəkili təyin edib ona ciddi don geyindirməyə çalışıblar, ancaq görünən odur ki, bunu bacarmayıblar. Yeri gəlmişkən bir neçə gün bundan öncə "Xural TV” internet televiziyasının rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı Etibar Əliyevin kəsb etdiyi mahiyyət və məzmun haqqında olduqca sərrast ifadələr səsləndirdi və hesab edirik ki, həmin fikirlərə nə isə əlavə etməyə də lüzum yoxdur", deyə Mehdiyev yazısında qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
705 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...