Macarıstan XİN rəhbəri Bakıda Ukrayna böhranından danışıb

Macarıstan XİN rəhbəri Bakıda Ukrayna böhranından danışıb

Macarıstan Mərkəzi Avropada yerləşir. Nə zaman ki, Şərq və Qərb arasında gərginlik və toqquşmalar olur, o zaman itirən bizim region, bizim kimi ölkələr olur, biz artıq bu toqquşmalar nəticəsində itirən tərəf olmaq istəmirik.

Bunu Bakıda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Ukrayna ətrafındakı vəziyyətlə bağlı APA-nın sualına cavab olaraq deyib.

Nazir Avropa liderlərinin Rusiya ilə dialoqun davam etdirilməsinin vacibliyini anladığını vurğulayıb: “Soyuq müharibə” zarafat deyil, biz bundan çox əziyyət çəkmişik. Biz yenidən tarixin həmin səhifəsinə qayıtmaq istəmirik. Biz Şərqlə Qərb arasında münaqişəyə qarşıyıq. Bir neçə gün öncə mən və Baş nazirimiz Moskvaya səfər etdik. Baş nazir Viktor Orban Rusiya Prezidenti ilə görüşdü, dialoq baş tutdu. Biz dialoqu dəstəkləyirik. Çox şadıq ki, artıq daha çox Avropa liderləri dialoqun vacib olduğunun fərqindədir. Fransa Prezidenti, Almaniya hökuməti Rusiya Prezidenti Putinlə birbaşa danışıqların vacibliyini qeyd edib. Digər tərəfdən, ABŞ rəsmiləri yaxın həftələrdə rusiyalı həmkarları ilə görüşəcək. Biz bu dialoqa, diplomatik prosesin davam etməsini görməyə şadıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
587 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...