“Qazaxıstandakı erməni əsgərləri Azərbaycana veriləcək” - Eks-səfirdən sərsəm iddia

“Qazaxıstandakı erməni əsgərləri Azərbaycana veriləcək” -

"Ola bilsin ki, Qazaxıstandakı erməni əsgərləri əsir götürüləcək və oradan da Azərbaycana göndəriləcək".

Gundeminfo.az "Bizon KGZ"a istinadla xəbər verir ki, bu sərsəm iddianı Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan səsləndirib.

O, rəsmi Bakının Qazaxıstanın hakimiyyət orqanları ilə yaxın münasibətlərinə istinad edib.

"Azərbaycan da müəyyən tələbləri yerinə yetirmək müqabilində onları Ermənistana qaytaracaq, sonra da onlar mühakimə olunacaqlar".

Qazaryanın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Katibliyinin funksiyalarını öz üzərinə götürməklə işə ziyan vurub, çünki onun qərarı beynəlxalq ictimaiyyətdə KTMT mexanizminin işə salınmasının qanuniliyi ilə bağlı suallar doğurub.

O qeyd edib ki, Paşinyan 2018-ci ildə hakimiyyətə eyni üsulla gəlib və indi qoşunları özünə bənzərlərin yatırılmasına göndərib.

"Taleyin ironiyası həm də ondan ibarətdir ki, Paşinyan əvvəllər Ermənistanı KTMT-dən çıxmağa çağırıb və Qazaxıstanın Ermənistan və əksinə qarşısında hansı öhdəlikləri olduğu barədə hesabat almaq istəyib", - Qazaryan vurğulayıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
678 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...