Turkiyədən Liviyaya sərt etiraz notası

Turkiyədən Liviyaya sərt etiraz notası

Türkiyənin Xarici İşlər Nazirliyi Türkiyənin yük gəmisinin Liviya sahillərində artilleriya atəşinə tutulması ilə bağlı Liviyaya etiraz notası göndərib. Trend Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

Nazir vurğulayıb ki, Ankara türk gəmisinin güllələnməsini qınayır və Liviya tərəfini müqəssirlərin tapılması və cəzalandırılmasına çağırır.

Qeyd edək ki, bir gün əvvəl Liviya sahilləri yaxınlığında yerləşən Türkiyə gəmisi havadan və sudan atəşə tutulub. Atəş nəticəsində kapitan köməkçisi həlak olub, daha bir neçə ekipaj üzvü yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...