"Azadlıq" radiosunun Bakı bürosunun möhürü açıldı

"Azadlıq" radiosunun Bakı bürosunun möhürü açıldı

Mayın 6-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Sənan Paşayev "Azadlıq" radiosunun Bakı bürosunun qapısına vurulan möhürü açıb.

Təhvil-təslimdə radionun Bakı bürosunun baş redaktoru Zeynal Məmmədli iştirak edir.

Prokurorluq əməkdaşları ötən il dekabrın 26-da radionun Bakı ofisində axtarış aparmış, elə həmin gün də ofisi möhürləmişdilər. Həmin axtarış zamanı götürülən sənəd, avadanlıq və radionun rəsmi möhürü hələ ki, qaytarılmayıb.

Radionun Bakı bürosu son 10 ilə yaxın müddətdə C.Cabbarlı küçəsi, 44 ünvanında - "Caspian Plaza"da yerləşirdi.

"Caspian Plaza"nın rəhbərliyi aprelin 30-da icarə müqaviləsinə xitam verildiyini bildirib və ofisdən əşyaların çıxarılmasını xahiş edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1471 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...