Sergey Lebedev: "İlham Əliyev bütün MDB məkanında böyük nüfuza malikdir"

Sergey Lebedev: "İlham Əliyev bütün MDB məkanında böyük nüfuza malikdir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də MDB-dən seçkilərdə müşahidəçilər missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedevi qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sergey Lebedev seçkilərdə inamlı qələbə qazanması münasibətilə dövlət başçısına təbriklərini çatdırıb: “Bu seçkilərin nəticələri Sizə Azərbaycan xalqının nə dərəcədə hörmət bəslədiyinin təzahürüdür. MDB İcraiyyə Komitəsinin sədri kimi əlavə etmək istərdim ki, Siz bütün Müstəqil Dövlətlər Birliyi məkanında böyük nüfuza maliksiniz”.

Sergey Lebedev dövlət başçısına MDB-nin fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib və İlham Əliyevin növbəti prezidentlik fəaliyyəti dövründə də Azərbaycanın bu təşkilatla fəal əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib. Rəhbərlik etdiyi missiyaya 8 dövlətdən 221 müşahidəçinin daxil olduğunu vurğulayan qonaq nümayəndə heyəti adından Azərbaycan xalqına və ölkəmizə firavanlıq və uğurlu inkişaf arzulayıb.

Xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev xeyli sayda müşahidəçinin daxil olduğu MDB müşahidəçilər missiyasının fəaliyyətinin önəmini qeyd edib. MDB ilə əlaqələrə toxunan dövlət başçısı ölkəmizin bu əməkdaşlığa böyük önəm verdiyini bildirərək qeyd edib ki, Azərbaycan tərəfi hər zaman bu təşkilatın daha da möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyev Sergey Lebedevin MDB-nin beynəlxalq nüfuzunun artması və inteqrasiya proseslərinin gücləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycanın MDB-nin fəal üzvü olduğunu vurğulayan dövlət başçısı bildirib ki, ölkəmiz bundan sonra da bu təşkilat çərçivəsində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi ilə bağlı əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...