“Yeni sanksiyalar Rusiya üçün siqnaldır” - Dövlət Departamentinin rəsmisi

“Yeni sanksiyalar Rusiya üçün siqnaldır” -

Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyalar Kreml üçün bir siqnaldır. APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə ABŞ Dövlət Departamentinin rəsmisi bildirib. “Rusiya hökuməti anlamalıdır ki, onun bütün zərərverici davranışları əhəmiyyətli fəsadlarla nəticələnəcək”, deyə ABŞ rəsmisi qeyd edib.

O əlavə edib ki, yeni məhdudlaşdırıcı tədbirlər ABŞ-ın Rusiya ilə münasibətləri kəsməyə çalışdığını nəzərdə tutmur: “Biz Rusiya ilə Ukrayna, Suriya, silahlanmaya nəzarət, ikitərəfli münasibətlər və s. məsələlər üzrə kanallar yaratmışıq. Və bu məsələlərin pozitiv həllərini gözləyirik”.

Qeyd edək ki, aprelin 6-da ABŞ Rusiyanın 17 dövlət məmuru, 7 iş adamı və 12 şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...