Erməni ekspert İrəvanı silkələdi: Rusiya bizə və Bakıya nə satıb?

Erməni ekspert İrəvanı silkələdi:

Rusiyanın Azərbaycana intensiv silah satışı 2010-cu ildən başlayıb.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Ermənistanın İnformasiyalı Vətəndaşların İttifaqı proqramının koordinatoru Daniel İoanisyan deyib.

“Rusiya Azərbaycana S-300PMU2, T-90 tankları, “Smerç” səyyar raket sistemləri, “Solntsepek” və “Buk” sistemlərini verib. Ermənistana isə Rusiya silahları daha gec, İrəvanın Bakıya qarşı duruş gətirə bilməsini anlayanda verdi. Bu silahlar daha ucuz və daha köhnə idi. Məsələn, 2010-cu ildə Rusiya Azərbaycana 2009-cu ilin S-300PMU2-sini, Ermənistana isə 1982-ci ilin S-300PS-sini satmışdı.

Beş il əvvəl Ermənistanda Rusiyaya münasibət Moskvanın tam xeyrinə idi. İctimaiyyət hökumətin rusiyayönlü siyasətini aktiv şəkildə dəstəkləyirdi. Buna əsas səbəbi isə Rusiyanın bizim ən yaxın qonşularımızdan biri olması və Ermənistanın uzun illər onunla problemlər yaşamaması idi”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya Dumasının deputatı Konstantin Zatulinin İrəvandakı açıqlamasından öz məqsədləri üçün istifadə edən erməni mediasında Daniel İoanisyanın bu müsahibəsi ciddi rezonans doğurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
719 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...