Bu ölkə Azərbaycanda səfirlik açdı

Bu ölkə Azərbaycanda səfirlik açdı

Venesuelanın Azərbaycanda səfirliyi açılıb.

XİN-dən Axar.az-a verilən məlumata görə, nazirliyin Dövlət Protokol İdarəsinin rəisi Səfir Pərvin Mirzəzadə Venesuela səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Floresi qəbul edib.

Görüşdə Venesuelanın Xarici İşlər naziri Jorje Arreaza Monzerratın Xarici İşlər naziri Elmar Məmmədyarova Bakıda səfirliyin açılması və Pedro Argenis Sançes Floresin müvəqqəti işlər vəkili təyin olunması barədə məktubu təqdim edilib.

P.Mirzəzadə Venesuelanın Azərbaycanda səfirliyinin açılması barədə qərarın alqışlandığını qeyd edərək bunun ölkələr arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Görüşdə Qoşulmama Hərəkatının 3-6 aprel tarixlərində Bakıda keçiriləcək iclasına hazırlıq, Qoşulmama Hərəkatında sədrliyin 2019-cu ildə Venesueladan Azərbaycana keçməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
884 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...