"Milli Məclisin bəyanatı dünya ölkələrinin saytlarında yerləşdirlisin" — Siyavuş Novruzovdan TƏKLİF
"Azərbaycana qarşı törədilən soyqırım haqqında yazılan kitablar, faktlar, sənədlər və parlamentdəki çıxışlar əsasən beynəlxalq aditoriyaya çıxarılmalıdır".
"Ölkə.Az" xəbər verir ki, bu fikirləri Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən xüsusi iclasında bildirib.
S.Novruzov deyib ki, törədilən soyqırımlar haqqında və Ermənistanın işğalçı siyasəti ilə bağlı kitablar yazılıb və dərc olunub. Onun sözlərinə görə, akademik Yaqub Mahmudov tərəfindən Milli Məclisin kitabxanasına bununla bağlı çoxlu kitablar təqdim edilib:
"Bu sənədlər xarici dillərə tərcümə olunmalı beynəlxalq arenaya çatdırılmalıdır. Həmin sənədlər tərcümə olunub internetdə yerləşdirmək lazımdır ki, hər kəs oxusun.Təklif edərdim ki, Milli Məclisin bəyanatı müxtəlif dillərə tərcümə olunsun, xarici parlamentlərə göndərilsin, bu tərcümələr internet və dostluq qrupları vasitəsiylə xarici ölkələrə çatdırılsın, dünya ölkələrinin saytlarında yerləşdirlisin".
761 dəfə oxundu