Oqtay Əsədov: “Qərbi Azərbaycanda bir nəfər də azərbaycanlı qalmayıb”
Bu gün Milli Məclisin xüsusi iclası işə başlayıb.
"Ölkə.Az" xəbər verir ki, spiker Oqtay Əsədov ölkə prezidentinin qərarı ilə Mart soyqrımının 100 illiyinin dövlət səviyyəsində qeyd edildiyini xatırladıb.
Daha sonra spiker deputatları soyqırım qurbanlarını yad etmək üçün sayğı duruşuna dəvət edib.
Oqtay Əsədov deyib ki, prezidentin 18 yanvar sərəncamı ilə 1918-ci ilin mart və aprel aylarında daşnaklar tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınların ölkə və beynəlxalq aləmə çatdırılması üçün mühüm rol oynayıb:
“Erməni məsələsi Cənubi Qafqazda 1828-də Şimali Qafqazın Çar Rusiyası tərəfindən işğalı ilə başlayıb. Çar Rusiyası işğal edilən ərazilərdə öz mövqelərini möhkəmləndirmək üçün İran və Osmanlıdan ermənilərin köçürülməsini həyata keçirib. Artıq XX əsrin sonlarında Qafqaza 1 milyon erməni köçürülüb”.
O.Əsədov bildirib ki, erməni millətçilərinin “Böyük Ermənistan” xülyası Cənubi Qafqaza daima fəlakətlər gətirib:
“Nəticədə 2 milyona yaxın insan öldürülüb. Bakıda, İrəvanda, Dərələyəzdə, Anadoluda, Tiflisdə, Şamaxıda və digər şəhərlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirilib. 18 mart bu soyqrımların ən dəhşətlisidir. Təkcə Bakıda 10 mindən çox insan öldürülüb”.
Spiker əlavə edib ki, ermənilərin Qərbi Azərbaycanda və indiki Ermənistanda həyata keçirdiyi etnik siyasət nəticəsində bir nəfər də azərbaycanlı qalmayıb:
“Ümummilli lider Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı soyqırımına xüsusi diqqət yetirib və bununla bağlı sərəncamlar imzalayıb. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan inkişaf edir. Bu yeni bir soyqrımın baş vermənməsinə ən tutarlı cavabdır. Prezident çıxışında dəfələrlə qeyd edib ki, İrəvan, Zəngəzur Azərbaycanın ərazilərdir. Bunu sübut etməyə ehtiyac yoxdur. Əminəm ki, işğal edilən ərazilər azad ediləcək. Tarix keçmişin nurudur. Əminəm ki, tarix hər kəsə öz layiqli qiymətini verəcək”.
839 dəfə oxundu