Ermənistanda səslər "hərrac"a çıxarılır - Kim daha çox pul verərsə...
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca deputatlığı namizədlər arasında gərginlik artır. AzVision.az “Jamanak” nəşrinə istinadən xəbər verir ki, namizədlər səs yığmaq üçün vətəndaşlara rüşvət təklif edirlər. Regionlarda seçki alveri tüğyan edir. Namizədlər bu işlə məşğul olmaq üçün xüsusi adamlar tutublar. Onlar yerlərdə seçicilərlə görüşür, bazarlıq edirlər.
Erməni seçicilər öz səslərini heç də ucuz qiymətə satmaq niyyətində deyillər. Onlar namizədlərin nümayəndələri ilə görüşdə kim daha çox pul verərsə, ona səs verəcəklərini deyirlər. Bu isə, deputat olmaq istəyənlər arasında rüşvət mübarizənisi daha da alovlandırır.
Məlumata görə, artıq Armavir bölgəsində seçici səsini almaq üçün 10 min dram vəsait xərclənib. Şübhəsiz ki, bu rəqəm artacaq.
Mövcud vəziyyəti hakim Respublikaçılar partiyasının namizədlərini ciddi narahat etməyə başlayıb. İqtidar nümayəndələri hesab edirlər ki, seçicilər onları aldadacaq, vəd etdikləri kimi səslərini Respublikaçılara verməyəcəklər.
Armavir vilayətində deputatlığa namizədlər - Respublikaçılar partiyasından Seyran Saroyan, Qrant Qriqoryan, ArakelMovsisyan, Alik Petrosyan və patriarx Qevorkyandır.
İddia edilir ki, Armavir qubernatoru patriarx Qevorkyanı dəstəkləyir.
Sunik vilayətində isə deputatlığa namizəd Xaçatryan Aşot Arseyanın xeyrinə işləyir və seçicilərə 20 min dram vəd verilib.
702 dəfə oxundu