Lavrov: “Ümid edirik ki, Xəzəryanı ölkələr status məsələsində razılığa gələcəklər”

Lavrov: “Ümid edirik ki, Xəzəryanı ölkələr status məsələsində razılığa gələcəklər”


“Rusiya ümid edir ki, Xəzəryanı ölkələrin rəhbərlərinin görüşündə Xəzər dənizinin statusu ilə bağlı razılığa gəlmək mümkün olacaq”.

APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, görüşdə Xəzərin statusu problemləri ilə bağlı ətraflı söhbət aparılıb. “Güman edirik ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısında Xəzər dənizinin hüquqi statusuna dair konvensiya, habelə Qazaxıstanda Xəzər sammitini keçirilməyi planlaşdıran dövlət başçıları üçün bir sıra digər sənədlər üzərində işi yekunlaşdırmaq mümkün olacaq”, - deyə o vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
810 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...