XİN Elmar Məmmədyarovun Rusiyaya rəsmi səfəri barədə məlumat yayıb

XİN Elmar Məmmədyarovun Rusiyaya rəsmi səfəri barədə məlumat yayıb


Xarici işlər naziri Elmar Məmmədyarov martın 5-7-də Rusiya Federasiyasında rəsmi səfərdə olacaq.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Həmçinin nazir Elmar Məmmədyarovun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulması münasibətilə təşkil ediləcək sərginin açılış mərasimində iştirakı, Rusiya XİN-in Diplomatik Akademiyasında çıxışı və digər tədbirlərə qatılması planlaşdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1048 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...