Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub


Fevralın 26-da Azərbaycan prezidenti İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

APA-nın xəbərinə görə, dövlət başçısı prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, qardaş Türkiyə xalqının firavanlığı naminə ali dövlətçilik fəaliyyətində ona uğurlar və möhkəm can sağlığı arzulayıb. Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçıları yaxın gələcəkdə görüş haqqında razılaşıblar.

Prezidentlər ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişafına əminlik ifadə ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
885 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...