"Lapşinlə bağlı danışıqlar aparılmır" - Putinin sözçüsü

"Lapşinlə bağlı danışıqlar aparılmır" -


Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Bakıya ekstradisiya olunan rus-yəhudi bloqqer Aleksandr Lapşinlə bağlı danışıqlar aparılmır.

AzVision.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Danışıqlar aparılmır, lakin Lapşinin qorunması üçün bütün mümkün hüquqi addımlar atılır”, - deyə Peskov bildirib.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqqer Aleksandr Lapşin ötən gün Belarusdan Azərbaycana ekstradisiya edilib. Bloqqer 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
810 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...