Pakistan səfiri: “İqtisadi və hərbi əməkdaşlığı inkişaf etdirməliyik”

Pakistan səfiri: “İqtisadi və hərbi əməkdaşlığı inkişaf etdirməliyik”


“Pakistan və Azərbaycan arasında iqtisadi və hərbi sahələrdə əməkdaşlığı daha da irəli aparmalıyıq”.

APA-nın xəbərinə görə, bu sözləri Pakistanın Azərbaycanda yeni təyin olmuş səfiri Said Xan Mohmand deyib.

Səfir bildirib ki, Azərbaycana təyinatı karyerasında 6-cı təyinatdır: “Mən əvvəl Yunanıstanda səfir olmuşam. Çox güman ki, bu, mənim sonuncu vəzifəmdir. Bura gəlməkdən çox şadam. Məqsədimiz ikitərəfli münasibətləri daha da dərinləşdirmək və strateji tərəfdaşlığa çatdırmaqdır. Heydər Əliyev 1994-cü ildə, İlham Əliyev isə 2005-ci ildə Pakistana səfər ediblər. Pakistandan müxtəlif səviyyələrdə 22 rəsmi nümayəndə heyəti Azərbaycana gəlib. Siyasi münasibətlərimiz yüksək səviyyədədir. Biz hərbi və iqtisadi münasibətlərimizi daha da irəli aparmalıyıq. Mən bu münasibətlərə dəyər verirəm və onları inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
910 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...