Tramp Avstraliya baş naziri Törnbulla dalaşdı - "belə bir axmaq..."
Musavat.com CNN.com-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Avstralİya baş naziri Melkolm Törnbulla (Melcolm Turnbull) Amerikaya göndəriləcək olan mühacirlərlə əlaqədar telefon danışığı apararkən mübahisə yaranıb və 1 saat olması planlaşdırılan danışma 25-ci dəqiqədə Tramp tərəfindən sonlandırılıb.
Həftə sonu baş verən söhbətlə əlaqədar Tramp bu gün (2 fevral 2017) tvitter hesabından belə bir açıqlama verib: "Buna inana bilirsinizmi? Obama iqtidarı Avstraliyadan minlərlə qeyri-qanuni mühaciri ölkəyə qəbul etməyə razılıq verib. Niyə? Belə bir axmaq razılaşmanı araşdıracam".
Qeyd edək ki, Trampın etiraz etdiyi razılaşma iki ökə arasında 2016-cı il noyabr ayında əldə edilmişdi. Razılaşmaya görə, əksəriyyəti İran və Əfqanıstandan olmaqla, Avstraliyaya sığınan mühacirlər ABŞ tərəfindən qəbul ediləcəkdi. Razılaşma yalnız bir dəfəlik olacaq və təkrarlanmayacaqdı.
CNN-ə məlumat verən mənbəyə görə, Tramp qəti şəkildə bu razılaşmaya etiraz edir və gələcək olan 2000 mühaciri gələcəyin "Boston bombaçıları" adlandırıb. Avstraliya baş nazirinin mühacir sayının 2000 deyil, 1250 nəfər olduğunu da dəfələrlə Trampa bildirdiyi deyilir.
Öz növbəsində Avstraliya baş naziri Törnbull jurnalistlərə Trampla apardığı söhbət barədə şərh verməyəcəyini deyib.
829 dəfə oxundu