“Cocuq Mərcanlıda 50 ev, məktəb, tibb məntəqəsi tikiləcək”

“Cocuq Mərcanlıda 50 ev, məktəb, tibb məntəqəsi tikiləcək”


"Prezident İlham Əliyevin sərəncamına əsasən ayrılan vəsait hesabına Cocuq Mərcanlı qəsəbəsində ilkin mərhələdə 50 ev, məktəb, tibb məntəqəsi və digər sosial obyektlər tikiləcək"

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazirin sözlərinə görə, bundan sonra insanlar həmin qəsəbəyə köçürüləcək: "Vətəndaşlarımız öz yerlərinə qayıdacaqlar, yaşamağa və işləməyə başlayacaqlar. Əgər işləməyə başlayacaqlarsa, o insanların sosial sığorta ilə əhatə olunması meydana çıxacaq. Onların sosial sığorta ilə əhatə olunması ən yaxın rayonda yerləşən müvafiq qurum vasitəsilə baş verəcək. Bu gün onların hər hansı sosial təminat elementləri ilə təmin olunmasında heç bir problem yoxdur. Əsas məsələ məşğulluq və sosial sığorta məsələləridir. Təbii ki, ondan sonra biz bu addımları atacağıq"(APA).

Qeyd edək ki, Cəbrayıl rayonunun 1994-cü ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan ilkin olaraq 4 mln. manat ayrılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1072 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...