Nazir: "Azərbaycanın hesabına Rusiya qazından asılılığı sıfıra endirə bilərdik"

Nazir: "Azərbaycanın hesabına Rusiya qazından asılılığı sıfıra endirə bilərdik"

"Gürcüstan "Qazprom"la razılaşmadan uduzdu"

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Qaxariya hökumətlə "Qazprom" arasında imzalanan sazişi iqtisadi nöqteyi-nəzərdən səmərəsiz adlandırıb. "APA-Economics" xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalının efirində bildirib.

"Bugünkü reallığı nəzərə alsaq, iqtisadi nöqteyi-nəzərdən biz itkilərlə üzləşəcəyik. İqtisadi sahədə qələbə qazana bilmədik... Bizim strateji tərəfdaşımız olan Azərbaycanla razılaşmamız var və razılaşmaya əsasən, qonşu ölkə bizə qazı kommersiya qiymətləri ilə ixrac edir. Belə olan halda Rusiya qazından asılılıq da sıfıra bərabər olur", - deyə o bildirib.

Bundan öncə Gürcüstan prezidenti Georgi Marqvelaşvili "Qazprom"la imzalanan razılaşmanı tənqid edib. Prezidentin sözlərinə görə, bu razılaşma Gürcüstan üçün əlavə siyasi və iqtisadi risk yaradır.

Hökumət isə prezidentlə razılaşmır və "Qazprom"la əldə olunan yeni razılaşmanı "maksimum səmərəli" adlandırır. Buna baxmayaraq, hökumət "Qazprom"la əldə olunan yeni razılaşmanın detallarını açıqlamır.

Xatırladaq ki, bu ay "Qazprom"la Gürcüstan hökuməti Ermənistana qaz nəqli ilə bağlı yeni razılaşma əldə edib. Yeni razılaşmaya əsasən, "Qazprom" Gürcüstan üzərindən Ermənistana ixrac etdiyi qaza görə tranzit haqqını pulla ödəyəcək. Razılaşma iki illik müddətə bağlanıb. Tərəflər tranzit haqqının məbləğini açıqlamır.

2016-cı ildə Gürcüstanın təbii qaza olan sutkalıq tələbatı 11 mln. kubmetr olub. Bunun "Qazax" magistral kəməri ilə Azərbaycandan idxal edilən, daha 3 mln. kubmetri isə Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunan qazın payına düşüb. "Qazprom" Ermənistana ixrac olunan qaza görə tranzit haqqı qismində Gürcüstana 2 mln. kubmetr qaz nəql edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
880 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...