Lapşin Azərbaycandan üzr istəyəcək - İsraildən Bakıya təklif

Lapşin Azərbaycandan üzr istəyəcək -


"İsrail tərəfi bloqqer Aleksandr Lapşinin məsələsinin həlli üçün təklif hazırlayarq Azərbaycana təqdim edib"

AzVision.az “Haaretz” nəşrinə istinadən xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən yüksək rütbəli yəhudi məmur bildirib. Onun sözlərinə görə, İsrail Azərbaycanın işğal altında olan torpaqlarına səfər etdiyinə, ölkəmizə qarşı bəyanatlar səsləndirdiyi və onun sərhədlərini qanunsuz keçdiyinə görə Lapşinin üzr istədiyinə dair Bakıya məktub göndərilməsini istəyib.

İsrail ümid edir ki, bunun qarışlığında Azərbaycan bloqqerin həbs olunması barədə qərarı ləğv edəcək və onun ekstradisiyası məsələsini dayandıracaq.

Məlumatda, həmçinin qeyd olunur ki, üzrxahlıq məktubu artıq hazırlanıb, yalnız Azərbaycanın razılığı gözlənilir. Razılıq əldə olunan kimi məktub Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdim olunacaq.

Yəhudi məmur hesab edir ki, üzrxahlıq məktubu Lapşinin həbsindən sonra yaranan vəziyyəti həll etməyə imkan verəcək və bu, bütün tərəflərə - Azərbaycan, Belarus, İsrail və Rusiyaya sərf edəcək. Yüksək rütbəli məmur qeyd edib ki, Azərbaycan tərəfi hələlik bu təklifi rədd etməyib, lakin cavab da verməyib.

Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşı olan bloqqer Aleksandr Lapşin Azərbaycan sərhədlərini pozduğu və işğal olunmuş Azərbaycan torpaqlarına icazəsiz səfər etdiyi üçün Azərbaycan hökumətinin müraciəti əsasında Minskdə saxlanılıb.

A. Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...