Lavrov bloger Lapşinin Azərbaycana verilməsinin əleyhinə çıxdı

Lavrov bloger Lapşinin Azərbaycana verilməsinin əleyhinə çıxdı

Moskvada keçirilmiş mətbuat konfransında Ermənistanda dərc edilən “Novoye vremya” qəzetinin əməkdaşı Rusiyanın xarici işlər naziri Sergey Lavrova Belarusda bloger, Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşinin saxlanılması ilə bağlı sual verib. Lapşin dekabrın 15-də Minskdə Azərbaycan tərəfinin sorğusu əsasında saxlanılıb. Onun Dağlıq Qarabağa səfər etdiyi və bununla da, Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” Qanununu pozduğu üçün ölkəmizə təhvil verilməsi gözlənilir.

Virtualaz.org “newsru.co.il” portalına istinadən xəbər verir ki, Rusiya XİN başçısı Sergey Lavrov bununla əlaqədar deyib: “Biz jurnalistlər və fiziki şəxslər tərəfindən hər hansı əraziyə səfər edilməsinin kriminallaşdırılmasının əleyhinəyik. Biz RF vətəndaşlarının ekstradisiyasının əleyhinəyik”.

Lavrov xatırladıb: “Bizim Belarusla ittifaq dövlətimiz var və bu, özündə vahid viza və miqrasiya parametrlərinin razılaşdırılmasını, həmçinin arzu olunmayan və olunan şəxslərin vahid siyahısının tərtib edilməsini ehtiva edir. Həmçinin ekstradisiya sahəsində”. Lavrovun sözlərinə görə, rusiyalı diplomatlar Lapşinlə əlaqə saxlayıblar. Eyni zamanda, İsrail diplomatlarının da blogerlə əlaqədə olması qeyd edilib. “Biz israillilərlə sıx əlaqədə işləyirik”, - nazir bildirib və əlavə edib ki, vəziyyətin tənzimlənməsi üçün zəruri addımlar atılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
817 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...