Ötən il Azərbaycanın 2 ölkədə səfirliyi və bir şəhərdə fəxri konsulluğu açılıb

Ötən il Azərbaycanın 2 ölkədə səfirliyi və bir şəhərdə fəxri konsulluğu açılıb


Ötən il Azərbaycanın 2 ölkədə səfirliyi və bir şəhərdə fəxri konsulluğu açılıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2016-cı ilin yekunlarına dair buraxılışında bildirilib. XİN-dən bildirilib ki, ötən il Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikası və İraq Respublikasında səfirlikləri, Avstraliya İttifaqının Pert şəhərində isə fəxri konsulluğu açılıb.

Bununla yanaşı, Azərbaycan Respublikasının Efiopiya Federal Demokratik Respublikasındakı səfiri eyni zamanda Cibuti Respublikası, Keniya Respublikası və BMT-nin Nayrobidəki Bölməsində, Azərbaycan Respublikasının Malayziyadakı səfiri eyni zamanda Tailand Krallığında akkreditə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
914 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...