“İbrahimbəyovun arxasında ermənilər durur” - Siyavuş Novruzov

 “İbrahimbəyovun arxasında ermənilər durur” -

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranın “fəxri sədri” Rüstəm İbrahimbəyovun “biz erməni xalqı ilə düşmən deyilik və mütləq barışacağıq”,- fikirinə və adıçəkilən qurumun sədri Cəmil Həsənlinin onu dəstəkləməsinə münasibət bildirib.

S. Novruzov AzVision.az-a açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyov uşaqlıqdan ermənilərlə dostluq edir, ona görə də ermənilərlə münasibəti həmişə yaxşı olub: “Azərbaycan ziyalılarının Rüstəm İbrahimbəyova qarşı tənqidi çıxışlarının mərkəzində həmişə bu məsələ durub. Bu adam müsahibələrinin birində demişdi ki, ermənilərin Bakıdan getməsi nəticəsində Azərbaycanın mədəni səviyyəsi aşağı düşüb. Onun Azərbaycan xalqına qarşı belə yanaşması ermənilərlə dostluğunun bariz nəticəsidir”.

Milli Şura ideyasının xaricdən ixrac olunduğunu vurğulayan S. Novruzov bildirib ki, hazırda bu qurumun “fəxri sədri” olan R. İbrahimbəyovun arxasında erməni lobbisi, ermənilər dayanırlar: “Bu gün də ermənilərin maliyyəsi hesabına həmin təşkilat fəaliyyət göstərir. Milli Şuranın özü də bu gün Rüstəm İbrahimbəyovu müdafiə edir. İlk Avropa Oyunlarının əleyhinə olan son hadisələr dünyada ermənilər, erməni lobbisi, Azərbaycanda isə AXCP və Milli Şuradır. Buradakı paralellik göstərir ki, onlar eyni mənbədən istiqamətləndirilirlər.

Rüstəm İbrahimbəyov ermənilərin azərbaycanlıların düşməni olmadığını deyir. Əgər ermənilər düşmən deyillərsə, onda başqa planetdən gəlib tutublar bizim torpaqlarımızı? Xocalı soyqırımını kim törədib? O qədər qaçqın və məcburi köçkün kimin hesabınadır? 20 mindən artıq insan şəhid olub. Onlar öz-özünə şəhid olublar? Rüstəm İbrahimbəyovun yanaşması qüsurludur", - deyə S. Novruzov vurğulayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1142 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...