Rza İbadov: “Həmişəlik Bakıya dönəcəyəm”

Rza İbadov: “Həmişəlik Bakıya dönəcəyəm”


Keçmiş deputat, 1995-2000-ci illərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olmuş və hazırda Londonda yaşayan Rza İbadov Modern.az saytının sualların cavablandırıb.

- Rza müəllim, YAP icra katbinin müavini Siyavuş Novruzov sizin bu yaxınlarda Azərbaycana gəlib və geri döndüyünüzü deyib. Sonucu dəfə Bakıda nə zaman olmusunuz?

-Mən 2015-ci ilin noyabrında Azərbaycana gəlmişdim. İki həftə Bakıda qaldıqdan sonra Londona geri döndüm.

-Bakıya səfəriniz hansı xarakter daşıyırdı, kimlərlə görüşdünüz?

-Azərbaycana qohumlarımı, dostlarımı, yaxınlarımı görmək üçün gəlmişdim. Yəni səfərim daha çox şəxsi xarakter daşıyırdı.

-YAP-a yenidən üzv olmaq və Azərbaycanda aktiv siyasətə qayıtmağı düşünürsünüz?


-Mən hələ də YAP-ın üzvüyəm. Partiya sıralarından çıxarılmamışam. Yenidən aktiv siyasətə qayıdıb-qayıtmayacağımı zaman göstərəcək. Həyatda hər şey qismət işidir.

-Qarabağ cəbhəsindəki son hadisələri izləyirsinzimi?


- Əlbəttə, cəbhədəki son hadisələri diqqətlə izləyirəm. Azərbaycan ordusunun qələbələri ilə qürur duyuram.

-Londonda hazırda hansı sahədə çalışırsınız?


-Daşınmaz əmlak biznesi ilə məşğulam. Bu sahədə özəl bir şirkətim var.

-Yaxın gələcəkdə həmişəlik Bakıya dönmək, Azərbaycanda yaşamaq niyyətiniz varmı ?


- Təbii ki, vətənim Azərbaycanı çox sevirəm. İnşallah bir gün həmişəlik geri dönəcəyəm.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...