Lavrovun Bakı səfərinin vaxtı dəyişdi

Lavrovun Bakı səfərinin vaxtı dəyişdi


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin vaxtı dəyişdirilib. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuata açıqlamasında deyib. O, bildirib ki, Sergey Lavrov bu gün Bakıya gələcək. Amma Azərbaycan, İran və Rusiya XİN başçılarının görüşü aprelin 7 –də keçiriləcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.


Mariya Zaxarova bundan əvvəl Sergey Lavrovun aprelin 7-də Bakıya səfər edəcəyini bildirmişdi. Aprelin 8-də isə Rusiyanın baş naziri Dmitri Medvedev Bakıya gələcək.

Lavrov sonuncu dəfə 2015-ci ilin sentyabr ayının 1-də Bakıda səfərdə olub. Həmin görüşdə də Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdu. Rusiya rəsmilərinin bu səfəri isə cəbhədə gərginliyin pik həddə çatdığı bir dövrə təsadüf edir. Dağlıq Qarabağda baş verən son gərginlikdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryön və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Azərbaycana səfərə gəlib. Onlar prezident İlham Əliyevklə görüş keçiriblər.

Həmsədrlər bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...