"Düşmənin itkisi bizdən 10-15 dəfə çoxdur" - DEPUTAT

"Düşmənin itkisi bizdən 10-15 dəfə çoxdur" -


“Cəbhə bölgəsində əhalinin ruh yüksəkliyi son dərəcə əla vəziyyətdədir”. Bunu AzVision.az-a açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı, keçmiş döyüşçü Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, hazırda hər kəs döyüş, qələbə əzmindədir və insanlar torpaqların azad olunmasını səbirsizliklə gözləyir: “Azərbaycan ordusu ən yüksək səviyyədə düşmənin təxribatlarına cavab verir. Cəbhədə düşmənin başını əzirik. Düşmən qorxu və təşviş içərisindədir. Düşmən Azərbaycan ordusunun endirdiyi cavab zərbələrinə tab gətirə bilməyərək qaçır. Bizim də şəhidlərimiz var, amma düşmənin itkisi bizdən 10-15 dəfə çoxdur. Cənab prezidentin qeyd etdiyi kimi erməni əsgərin Azərbaycan torpağında nə işi var ki, burada da ölsün. Sonuncu erməni əsgəri Azərbaycan torpağından çıxana qədər biz təxribatlara qarşı cavab zərbələri vuracağıq və Qarabağı işğaldan azad edəcəyik”.

Milli Məclisin üzvü bildirib ki, cəbhə bölgəsində yaşayan insanlar öz evlərini tərk etməyib: “Vətəndaşların hər biri Azərbaycan ordusuna inanır. Yüzlərlə insan rayonlardan döyüş bölgəsinə gələrək, həmrəylik nümayiş etdiriblər”.

E.Məmmədov qeyd edib ki, satqın siyasətçilər, politoloqlar, televiziya kanalları, jurnalistlər ağzına gələni danışırlar: “Bunlar niyə başa düşmür ki, Azərbaycan ordusu öz torpağını düşməndən azad etmək üçün döyüşür. Biz Ermənistan ordusunun torpaqlarımızdan çıxması üçün mübarizə aparırıq. Dünya bu gün nə qədər alçalıb və çoxsifətli olub. Hamısı bir ağızdan deyir ki, biz cəbhə bölgəsində olan gərginlikdən çox narahatıq. Siz niyə ermənilərə görə belə narahat olursunuz ki? Biz 25 ildir öz yurd-yuvamızdan didərgin düşmüşük, torpaqlarımız işğal altındadır. Bizim vəziyyətimizlə bağlı narahatlıq keçirmirlər, amma iki gündür Azərbaycan ordusunun çox ədalətli, ləyaqətli yüksək səviyyəli cavab zərbələrinə görə çox narahat olurlar. Demək onlar hər zaman istəyirdi ki, Azərbaycan zəif, gücsüz olsun. Bu heç də elə deyil. Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var. Azərbaycan ordusu öz torpaqlarını düşməndən azad etməyə qadirdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
906 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...