İlham Əliyev və Kerri Qarabağı müzakirə etdi - VİDEO

İlham Əliyev və Kerri Qarabağı müzakirə etdi -

Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Con Kerri arasında görüş keçirilib. GUNDEMINFO.AZ Axar.az ANS-ə istinadla xəbər verir ki, Kerri İlham Əliyevlə birgə mediaya verdiyi açıqlamasında Azərbaycan prezidentinin ABŞ-a səfərindən şad olduğunu deyib.

Kerri bildirib ki, İlham Əliyevlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də müzakirələr aparıb. Dövlət katibi ABŞ-ın münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb. Kerri həmçinin qeyd edib ki, regionda Azərbaycanın iqtisadi imkanları çox genişdir və Vaşinqton Bakı ilə əməkdaşlıqda maraqlıdır.

Preizdent İlham Əliyev isə Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edildiyinə görə ABŞ Prezidenti Barak Obamaya təşəkkür edib. Prezident deyib ki, ABŞ-Azərbaycan münasibətləri uzun zamandır – 25 ildir ki, davam edir və münasibətlər səmimi şəkildə inkişaf edir. Dövlət başçısı bildirib ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır. ABŞ şirkətləri Azərbaycana külli miqdarda sərmayə yatırdığını vurğulayan Prezident Əliyev regionda Ermənistanın işğalçılıq siyasətindən də danışıb.

“Ermənistan silahlı qüvvələri Azərbaycanın torpaqlarını işğal ediblər. Bu işğalla bağlı BMT-nin 4 qətnaməsi var. Ermənistanın işğalçılıq siyasəti regionda təhlükəsizliyə böyük hədədir”, - Əliyev bildirib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
987 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...