Kreml Qazaxıstanı bölməyə hazırlaşır – Plan
Rusiya Qazaxıstanda Krıma bənzər destabilizasiya ssenarilərini reallaşdırmağa hazırlaşır
Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında ekspert Vitali Sokolenko söyləyib. Onun sözlərinə görə, son il yarım ərzində Qazaxıstanda rusiyayönlü qüvvələrin aktivliyi bu ölkənin hakimiyyəti üçün təhlükəni artırır:
“Bu ssenarilərin reallaşması Rusiyadakı daxili siyasi situasiya pisləşəcəyi, ya da Qazaxıstanda qəflətən rejim dəyişikliyi zamanı həyata keçirilə bilər. Buna həmçinin Donbas döyüşlərindən qayıtmış şəxslərin siyasi aktivliyinin artması da şərait yaradır. Xüsusən, bu şəxslər Rusiya ilə sərhəddə yerləşən etnik ruslardır. Üstəlik, Qazaxıstan ordusunda bu gün də kifayət qədər rusiyayönlü elementlər mövcuddur. Bu, təxminən ümumi ordunun 15%-ni təşkil edir. Həmin dəstəkçilər sırasında Qazaxıstan ordusunun zabitləri də var. Kremlin aktiv fəaliyyətinin başlaması nəticəsində bir sıra bölgələr dərhal öz ərazilərində (xüsusilə Şərqi Qazaxıstan) Rusiya bayrağını qaldıra bilərlər. Son 10 il ərzində yaradılan müxtəlif kazak ittifaqları artıq yarıhərbi təşkilatlara çevriliblər. Onlar isə tam rusiyayönlü siyasət yürüdürlər. Bu, Qazaxıstanın müstəqilliyini və suverenliyini şübhə altına qoyur. Hazırda Kreml Qazaxıstan hökumətini bu tip təşkilatların ləğv edilməməsi üçün təhdid edir. Bu isə həmin rusiyayönlü təşkilatların ölkədə mövqelərini gücləndirməsinə imkan yaradır”.
914 dəfə oxundu