Azərbaycan prezidenti Maqsud İbrahimbəyovun məzarını ziyarət edib FOTOLAR

Azərbaycan prezidenti Maqsud İbrahimbəyovun məzarını ziyarət edib


Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət ediblər.

APA-nın məlumatına görə, dövlət başçısı və xanımı Fəxri xiyabanda Azərbaycan prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildiriblər.


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovaya bir daha başsağlığı veriblər. Anna İbrahimbəyova həyat yoldaşının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına və xanımına minnətdarlıq edib.


Azərbaycan prezidenti Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
Azərbaycan prezidenti Maqsud İbrahimbəyovun məzarını ziyarət edib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
759 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...