“Baş Prokurorun Protesti ilə İntiqam Əliyev azadlığa çıxa bilər” - Vəkildən yeni AÇIQLAMA

“Baş Prokurorun Protesti ilə İntiqam Əliyev azadlığa çıxa bilər” -


Vəkil Cavad Cavadov həbs edilmiş hüquq müdafiəçisi İntiqam Əliyev barədə daha bir açıqlama verib. Vəkil Modern.az saytına bəzi xəbərlərdə yalnışlığa yol verildiyindən bunu etdiyini deyib:

“Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralov Ali Məhkəmənin 24 fevral 2016-cı il tarixli qərarından (bu qərarla İntiqam Əliyevin barəsində birinci intsnasiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən, bizim kassasiya şikayətimiz dəyişdirilmədən saxlanılmışdır) əlavə kassasiya qaydasında protesti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna verilib. Protestin surəti, Plenum İclasında iştirak etmək üçün dəvət məktubu ilə birlikdə mənə göndərilib və Plenumun iclası 28 mart 2016-cı il tarixə saat 12-00 təyin edilib”.
C.Cavadov bildirib ki, protestdə yalnız cəza məsələsi mübahisələndirilir:

“Təyin edilmiş cəzanın ağırlığı: bir sıra yüngülləşdirici halların, o cümlədən İntiqam Əliyevin xəstəliklərinin nəzərə alınmaması, cəzanın şərti hesab edilməsinin müzakirə olunmaması, son olaraq cəzanın dəyişdirilməsi məsələsi qoyulub.

Plenum İclasına İntiqam Əliyevin iştirakı gözlənilmir, çünki belə bir praktika mövcud deyil və onun özü də bununla bağlı müraciət etməyib. Müdafiə tərəfinin mövqeyi əvvəlki kimi qalır. Biz cinayət işinin bəraətverici əsaslarla xitam olunmasını xahiş edəcəyik. Bununla belə bu protestlə İntiqam Əliyevin azadlığa çıxma imkanı olduğundan Baş Prokurorun bu müraciətini müsbət addım kimi qiymətləndiririk”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
922 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...