ABŞ dövlət katibi Con Kerri Rusiyada səfərdədir
Onun səfəri 2 gün davam edəcək.ABŞ dövlət katibi Con Kerri Rusiyada səfərdədir. ANS PRESS-in məlumatına görə Kerri bu gün Moskaya gəlib. Onun səfəri 2 gün davam edəcək. Rusiya KİV-lərinin məlumatına əsasən Kerri səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Görüş zamanı müzakirə olunacaq əsas məsələlər Suriya böhranı, Ukrayna və Yaxın Şərqdəki vəziyyət , həmçini beynəlxalq təhlükəsizliyin üzləşdiyi problemlər olacaq.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Rusiya -Amerika münasibətləri hələ də mürəkkəb olaraq qalır. Buna görə də, rəsmi Moskva ümid edir ki, Con Kerrinin səfəri Rusiya-Amerika münasibətlərinin normallaşmasına xidmət edəcək. Bu son 1 il ərzində Kerrinin Moskaya 3-cü səfəridir.
Sonuncu dəfə Kerri Rusiyaya ötən ilin dekabr ayında gəlib. Həmin görüşdə ikitərəfli, həmçinin İran, Suriya və Ukrayna daxil olmaqla regional və beynəlxalq məsələlərin müzakirə olunmuşdu. Görüşdə həmçinin Türkiyə-Rusiya qarşıdurmasına da toxunulub. Rusiyada səfərdə olan Kerri Moskvanın mərkəzi küçəsi “Arbat”da bazarlıq edib.
1035 dəfə oxundu