"Bütün ödənişləri vaxtında edirik" - XİN rəhbəri

"Bütün ödənişləri vaxtında edirik" -


Azərbaycan Rusiya ilə hərbi sahədə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Rusiya silahlarının alınmasına dair müqavilələr üzrə həll olunmamış maliyyə məsələlərinin olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.

APA-nın “Kommersant”a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov deyib.

“Ödənişlərlə bağlı heç bir problem yoxdur, Rusiya və Azərbaycan arasında həll olunmamış maliyyə məsələlərinin olması barədə məlumat həqiqətə uyğun deyil. Biz sazişlərə uyğun şəkildə bütün ödənişləri vaxtında edirik. Sazişlərin icrası ilə bağlı isə problemlər var: o mənada ki, Azərbaycana tədarük olunan silah müqavilələrdə qeyd olunan parametrlərə uyğun olmalıdır. Dmitri Roqozinin Bakıya səfəri məhz bu parametrlərlə bağlı problemlərə aydınlıq gətirmək məqsədi ilə baş tutmuşdu. Hazırda məsələ ilə bağlı bütün suallara aydınlıq gətirilib”, - deyə nazir qeyd edib.

Nazir qeyd edib ki, Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələri kommersiya prinsiplərinə uyğun şəkildə və qarşılıqlı sərfəli əməkdaşlıq əsasında uğurla inkişaf edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
835 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...