`İlham Əliyev ən çətin gündə yanımızda oldu` - Dəniz Baykal

`İlham Əliyev ən çətin gündə yanımızda oldu` -


“Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri nümunəvi addımdır”. Bunu AzVision.az-a eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri Dəniz Baykal deyib. Tanınmış siyasətçi prezident İlham Əliyevin Ankara səfərinin Türkiyə üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

“Azərbaycan prezidenti ən çətin günlərində Türkiyənin yanında oldu. O, bizi tək qoymadı. Bu, dünya üçün ciddi mesajdır. Prezident İlham Əliyev rəsmi protokolları bir kənara qoyaraq, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının Ankarada keçirilməsi ilə bağlı qərar qəbul etməklə iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərini dünyaya nümayiş etdirdi”. D.Baykal Azərbaycan prezidentinin Ankara səfərinin tarixi hadisə olduğunu vurğulayıb: “Ankarada baş tutan görüş Türkiyəyə sevinc yaşatdı. İlham Əliyev bu addımı ilə Türkiyənin tək olmadığını nümayiş etdirdi. Biz bununla fəxr edirik. Əsl dostluq budur. Bütün dünya görsün ki, Azərbaycan-Türkiyə dostluğu sarsılmaz və əbədidir”.

D.Baykal türk xalqına verdiyi dəstəyə görə prezident İlham Əliyevə təşəkkür edib. “Azərbaycan prezidentinə minnətdarlığımı bildirirəm. Azərbaycan kimi, cənab İlham Əliyev kimi dostumuz olduğu üçün fəxr edirik. Ümid edirəm ki, ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri daha da möhkəmlənəcək”,-deyə D.Baykal qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
861 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...