Rauf Mirqədirov azadlığa buraxıldı

Rauf Mirqədirov azadlığa buraxıldı


Bakı Apellyasiya Məhkəməsi jurnalistə 5 il şərti cəza təyin edib. Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə jurnalist barəsində həbs qətiimkan tədbiri dəyişdirilib. Hakimlər kollegiyasının qərarı ilə R,Mirqədrov Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 5 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.

Rauf Mirqədirov azadlığa çıxan kimi jurnalistlərə açıqlama verib: "Mənim azadlığa çıxmağım üçün zəhməti olan bütün dostlarıma təşəkkür edirəm. Əsasən də vəkilimə və həmkarlarıma". Jurnalistin səhhətində heç bir ciddi problem hiss edilməyib.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirqədirov həmin hökmdən apellyasiya şikayəti verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
942 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...