"Bu gün və ya sabah əfv olacaq"

"Bu gün və ya sabah əfv olacaq"


Novruz bayram ilə əlaqədar bu gün və ya sabah əfv sərəncamı imzalana bilər. Bunu AzVision.az-a açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. “Sərəncam bu gün də imzalana bilər, sabah da. Konkret sərəncamın nə vaxt imzalanacağı prezidentin İlham Əliyevin müstəsna səlahiyyətindədir”,-deyə Ə.Nuriyev vurğulayıb.

Komissiyanın digər üzvü Rəşad Məcid isə əfv siyahısının prezidentə təqdim olunduğunu qeyd edib: “Biz siyahını hazırlayıb, prezidentə təqdim etmişik. Ancaq, sərəncamın nə zaman imzalanacağından xəbərsizəm”. Qeyd edək ki, dövlət başçısına təqdim edilən siyahıda 140 nəfərə yaxın məhbusun adı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...