“Ankara terrorunda Azərbaycanla bağlı məqam...” - Türkiyənin “Sabah” qəzeti

“Ankara terrorunda Azərbaycanla bağlı məqam...” -


Ankaradakı son iki terror hücumunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinə tuş gəlməsi Türkiyə mətbuatında marağa səbəb olub. Musavat.com "Sabah" qəzetində dərc olunan məqaləni diqqətinizə çatdırır: "Ankaradakı son iki bombalı hücum Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri ərəfəsində baş verib. Azərbaycanda Avropa İttifaqının Rusiyadan olan enerji aslılığından xilas edəcək TANAP layihəsinin sürətləndirilməsi üçün imzalar atılacaqdı. Son hücumdan sonra gözlər Rusiyaya çevrildi.

Hücumlar nəticəsində Ərdoğanın Azərbaycana səfərləri təxirə salındı. Hadisədən sonra beynəlxalq səviyyədə ilk başsağlığı mesajı da Azərbaycan prezidenti İlham Əliyevdən gəldi. Ankarada fevralın 17-də meydana gələn bombalı hücum da Ərdoğanın Azərbaycan səfəri ərəfəsində baş vermişdi. O vaxt da Türkiyə prezidenti səfərini təxirə salmışdı. Sabah Azərbaycana səfər edəcək Ərdoğanın vacib razılaşmalara imza atacağı gözlənilir. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında təşkil olunacaq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında "Şahdəniz-2" və Xəzərin cənubundakı digər yataqlardan çıxarılan təbii qazın ilk əvvəl Türkiyəyə, daha sonra Avropaya daşınmasını nəzərdə tutan TANAP layihəsinin sürətlənməsi gündəmə gələcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
872 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...