Türkiyə Suriyanın içərisinə doğru irəliləyir

Türkiyə Suriyanın içərisinə doğru irəliləyir


Lavrov Türkiyənin Suriyaya "sürünən ekspansiya"sından danışdı

Türkiyə Suriya ərazisində təhlükəsizlik zonası yaratmağa suveren hüququ olduğunu bəyan edir.Rusiyanın əlində Türkiyə ordusunun Suriya sərhədlərinin bir neçə yüz metr dərinliyinə qədər möhkəmlənməyə çalışması barədə məlumatlar var.ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın REN TV telekanalına müsahibəsi zamanı bildirib.

"Türkiyə Suriya ərazisində təhlükəsizlik zonası yaratmağa suveren hüququ olduğunu bəyan edir."
"Suriyada kürdlərin möhkəmlənməsinə yol verməməyi tələb edən Türkiyə Suriya ərazisində təhlükəsizlik zonası yaratmağa suveren hüququ olduğunu bəyan edir. Bizim məlumatlara görə, onlar Suriya sərhədlərinin bir neçə yüz metr içərilərində səngərlər qururlar",- deyə Rusiya xarici işlər naziri vurğulayıb.

Lavrov bunu "sürünən ekspansiya" adlandırıb. O həm də əlavə edib ki, Cenevrədə Suriya barədə keçirilən danışıqlarda mütləq kürdlər təmsil edilməlidir və Rusiya bunu təkid edəcək.

Təbii ki, Türkiyə bunun əleyhinə çıxır, çünki Ankara PKK terror təşkilatının bir qolu olan PYD-nin danışıqlarda iştirakının yolverilməz olduğunu bəyan edir. Türkiyənin bu məsələdə israrlı dayanmasının səbəbləri var. Çünki PYD-nin İŞİD-ə qarşı qərb dövlətlərindən aldığı silahların bir çoxu sonda PKK-nın nəzarətinə keçir və Türkiyəyə qarşı istifadə edilir. "Rusiya modernləşdirilmiş SU-24 vs SU-27 təyyarələrinə yeni əlavə 15 tonluq “kh-90 Gela” mərmiləri yükləyib. Rusiyanın Suriya coğrafiyasında ilk dəfə təsirini sınadığı bu mərmi toplu qırğın silahıdır".
Amma münaqişəyə qatılmaqda Rusiyanın da öz maraqları var. Son məlumatlardan belə çıxır ki, Rusiya sərhədlərindən çox uzaqda yerləşən Suriyaya bir növ hərbi poliqon kimi baxır. Rusiya ordusunun keçmiş zabiti Vitali Şurugin bu günlərdə Rusiyanın Suriyada kütləvi qırğın mərmilərini sınaqdan keçirdiyini açıqlayıb. Onun sözlərinə görə, 15 tona qədər ağırlığı olan modernləşdirilmiş raketlər Suriyada çöl ərazilərinin bombalaşmasında istifadə edilir.

"Rusiya modernləşdirilmiş SU-24 vs SU-27 təyyarələrinə yeni əlavə 15 tonluq “kh-90 Gela” mərmiləri yükləyib. Rusiyanın Suriya coğrafiyasında ilk dəfə təsirini sınadığı bu mərmi toplu qırğın silahıdır",- deyə Vitali Şurugin vurğulayır. Əslində, Rusiya kimi digər supergüclərin də Yaxın Şərq böhranında bu cür təyinatdan kənar maraqları var. Dərin analiz etdikdə bir-biri ilə təzad təşkil edən bu maraqların hamısının eyni nöqtədən yönəldildiyini düşünmək olur.

Çünki bu maraqların ilk zərbəsi isə məhz bölgə sakinlərinə dəyir. Nəticə göz qabağındadır - artıq bir neçə milyon insan regionu tərk edib. Sanki hansısa gizli əl Suriyanı boşaldır və bir vaxt haqqında çox danışılan Böyük Orta Şərq layihəsi üçün zəmin hazırlayır. Region xalqları, onları idarə edən siyasi güclər gec-tez bu gerçəyi anlamalı və bölgəni fəlakətə aparan bu cür oyunların qarşısını almalıdırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
882 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...