Türkiyə ordusu genişmiqyaslı hücuma hazırlaşır FOTO
Çox sayda tank və digər zirehli hərbi texnika şırnak vilayətinə yeridilib.Türkiyənin daxili işlər naziri Efkan Ala ölkənin daha bir neçə bölgəsində PKK terrorçularına qarşı genişmiqyaslı hərbi əməliyyatların başlayacağını bəyan edib. ANS PRESS-in məlumatına görə, nazir Yüksekova bölgəsində, Şırnakın mərkəzində və Nüsayibində bəzi məhəllələrdə xəndəklərin olduğunu, burada bombardman üçün tələlərin qurulduğunu deyib. O bildirib ki, həmin yerlərdə də təmizlik işlərinin aparılacağını bildirib.
Türkiyə hərbi təyyarələrinin zərbələri nəticəsində 67 terrorçu məhv edilib. Artıq Şırnak vilayətinə çox sayda tank və digər zirehli hərbi texnika yeridilib və şəhərə giriş, çıxışlar təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb. Cudi, Qabar, Namaz dağları və Bestlər Dereler bölgəsindən PKK terrorçularının sıza biləcəyi təxmini məkanlara əsgərlər nəzarət edir.
Bundan əvvəl isə Cizrə, Silop və İdil qəsəbələrində oxşar əməliyyatlar keçirilib. Hazırda isə Şırnak şəhər mərkəzinə çoxlu sayda əsgər yeridilib.
Yüzlərlə xəndək və barrikada olan Yaşılyurd, Qazipaşa, Cümhuriyyət, Diclə, Yeni, İsmət Paşa və Baxçalıevlər məhəllələrində təhlükəsizlik qüvvələri eyni vaxtda əməliyyat keçirib.
Şəhərin mərkəzində isə PKK-lı terrorçuları zərərsizləşdirmək və bütün xəndək və barrikadaların yox edilməsi üçün xüsusi əməliyyat keçiriləcəyi gözlənilir. Əməliyyata hazırlıq getdiyindən Şırnakda şəhərin giriş-çıxışına polis və hərbçilər nəzarət edir. Şəhərin hər yerində təhlükəsizlik tədbirləri gücləndirilib və bir çox məktəbə polis və hərbçilər yerləşdirilib.
Avtomobillər isə yoxlandıqdan sonra onların şəhərə girişinə icazə verilir. Şəhərin ətrafında da təhlükəsizlik tədbirləri gücləndirilib.
Türkiyə Silahlı Qüvvələri ötən axşam İraqın şimalında PKK terrorçularının mövqelərini bombardman edib. Türkiyə hərbi təyyarələrinin zərbələri nəticəsində 67 terrorçu məhv edilib. Əməliyyatın təfərrüatları barədə məlumat verilmir.
\
916 dəfə oxundu