Rusiya: “AB-yə yalvarmayacağıq”

Rusiya: “AB-yə yalvarmayacağıq”


Rusiya Avropa Birliyindən sanksiyaların ləğv edilməsini xahiş etməyəcək.

Axar.az xəbər verir ki, bunu Yunanıstan mətbuatına müsahibəsində Rusiya Baş nazirinin müavini Sergey Prixodko söyləyib. Onun sözlərinə görə, Rusiyanın bu sanksiyalara reaksiyası Avropa və Yunanıstan üçün problemlər yaradıb:

“Biz bu sanksiyaların təşəbbüskarı olmamışıq. Praktika göstərir ki, sanksiyalar çox vaxt onların təşəbbüskarlarına da mənfi təsir göstərir. Biz Avropadan onun ləğvi üçün heç bir şey xahiş etməyəcəyik”.

Qeyd edək ki, 2014-cü ildən bu yana Avropa Birliyi və ABŞ Rusiyaya iqtisadi sanksiyalar tətbiq edir. Buna səbəb Rusiyanın Ukrayna ərazisi olan Krımı anneksiya etməsidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...