"Azərbaycan-Gürcüstan münasibətləri ideal səviyyədədir" - Prezident

"Azərbaycan-Gürcüstan münasibətləri ideal səviyyədədir" -


"Azərbaycanla Gürcüstan arasında ikitərəfli qarşılıqlı münasibətlərin ideal ənənəsi var. Bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşümüz zamanı bir daha təsdiqlədik ki, münasibətlərimiz ideal səviyyədədir".

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib. Prezident bildirib ki, bu münasibətlər gələcək əlaqələrin və nəinki Qafqazda, o cümlədən geniş regionda mövcud olan imkanların inkişafı üçün mühüm əsas yaradır. "Biz "Böyük İpək yolu"nun ən maraqlı hissələrindən biriyik. Münasibətlərimizi və əlaqələrimizi real şəkildə, nümunəvi mehriban qonşuluq və əməkdaşlıq yolu ilə inkişaf etdiririk", - deyə o vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
804 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...