Əfv Komissiyası iclaslarını yekunlaşdırıb, siyahı prezidentə göndərilib

Əfv Komissiyası iclaslarını yekunlaşdırıb,


Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

APA-nın məlumata görə, komissiyaya indiyədək daxil olmuş 400 müraciətə baxılması başa çatdırılıb. Bu gün sonuncu 140 müraciətə baxılıb.

Komissiyaya daxil olan bütün müraciətlərə baxıldıqdan sonra tövsiyə xarakterli qərar layihəsi hazırlanaraq ölkə başçısına təqdim olunub.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası martın 1-də keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...