"Bu əfv sərəncamına ümidimiz böyükdür" - Novella Cəfəroğlu

"Bu əfv sərəncamına ümidimiz böyükdür" -


“Qarşıdan gələn Novruz bayramında əfv olacaq. Biz ümid edirik ki, siyahıda adları beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbuslar cərgəsinə salınan şəxslərə da rast gələcəyik, bunun üçün siyahını hazırlayıb təqdim etmişik.”

Bu sözləri hafta.az-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, bu əfv sərəncamına jurnalistlər, hüquq müdafiəçiləri və siyasi fəalların düşmə ehtimalı əvvəlki bayramlara nisbətən daha çoxdur:

“Biz hər bayramda siyahı hazırlayırıq, həmin siyahıda jurnalistlər, hüquq müdafiəçiləri və siyasi xadimlərin adı da olur. Son bir neçə əfv sərəncamında onların adına rast gəlinməsə də, Novruz əfvində qeyd olunan şəxslərin əfv olunma ehtimallarına ümidimiz böyükdür.”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
828 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...