Avropa parlamentindən Putinə qarşı şok addım

Avropa parlamentindən Putinə qarşı şok addım


Avropa parlamentinin deputatları ukraynalı pilot Nadejda Savçenkonun Rusiya həbsxanasında saxlanılmasına görə bu ölkəyə qarşı yeni sanksiyaların tətbiq edilməsini tələb edib

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa parlamentinin 57 deputatı Federika Moqeriniyə müraciət edərək Savçenkonin işi ilə əlaqədar rusiyalı 28 məmura, o cümlədən prezident Vladimir Putinə qarşı sanksiyaların tətbiq olunmasını istəyib.

Siyahıda Puitinlə yanaşı, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov, qondarma “Luqansk Xalq Respublikası”nın “prezidenti” İqor Plotnitski, hakimlər, vəkillər və istintaqçılar daxildir. Sanksiyaların təsdiq olunması halında həmin şəxslərin Avropa vizasının onlara verilməsi qadağan olunacaq, siyahıdakı şəxslərin Avropa Birliyi ərazisindəki bank hesabları və əmlakları isə müsadirə oulnacaq.

Avropalı deputatlar hesab edir ki, Putin başda olmaqla sanksiya siyahısındakı şəxslər Nadejda Savçenkonun Ukrayna ərazisindən oğurlanmasında, Rusiya ərazisinə gətirilməsində və saxta ittihamlarla mühakimə olunmasında siyasi məsuliyyəti öz üzərilərinə götürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
825 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...