Azərbaycan prezidenti ilə Qətər əmirinin təkbətək görüşü olub

Azərbaycan prezidenti ilə Qətər əmirinin təkbətək görüşü olub


Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə təkbətək görüşü olub. APA-nın xəbərinə görə, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. İqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, səfərin münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyi qeyd edilib. Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycanda rəsmi səfərdə olan Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin martın 8-də rəsmi qarşılanma mərasimi olub. APA-nın məlumatına görə, Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tanini Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Qətər Dövlətinin və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və Əmir Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Qətər Dövlətinin Əmiri Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Əmir Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə, Qətər Dövlətinin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Azərbaycan Prezidenti və Qətər Dövlətinin Əmiri rəsmi foto çəkdiriblər. Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə görüşü keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...