“Azərbaycanla birlikdə TANAP-ı vaxtından əvvəl bitirmək üçün işi sürətləndirdik”

 “Azərbaycanla birlikdə TANAP-ı vaxtından əvvəl bitirmək üçün işi sürətləndirdik”


“Bu gün ən real enerji layihəsi TANAP və onun davamı olan TAP layihəsidir”.

APA-nın “haberler.com” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin xairic işlər naziri Mövlud Çavuşoğlu yunanıstanlı həmkarı Nikos Kotziasla keçirdiyi birgə brifinqdə deyib. “Azərbaycanla birlikdə TANAP-ı nəzərdə tutulan vaxtdan öncə bitirmək üçün işləri sürətləndirdik”, - deyə M. Çavuşoğlu söyləyib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri qaçqın böhranı və bölgədəki vəziyyətlə bağlı məsələlərin müzakirəsi ilə əlaqədar Yunanıstana rəsmi səfər edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
863 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...