”Varlının fahişəsi, kasıbın da xəstəsi bilinməz” - Fazil Mustafa
“REAL təşkilatının təmsilçisi iqtisadçı Natiq Cəfərli ilə dünyagörüşümüz, proseslərə baxışımız fərqlidir. Bununla belə görüşlərinə hörmət bəslədiyim savadli iqtisadçıdır. Adam AXCP-nın hamamın yanında yaşadığına görə təmiz sayılan liderinin diletantcasına yazdığı statusa dəqiqləşdirici izahat verib, cavabında bu debil, qaragüruh sürüsü adını qoyublar ki, Natiq Cəfərli hakimiyyətə işləyir”. Modern.az saytı xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib.
Millət vəkili daha sonra yazır: “Mən elə bilirdim ki, bunlar əsasən bizim haqqımızda belə böhtanları yaymaqla məşğuldurlar, sən demə kim ki, nəyəsə irad bildirirsə, o zaman dərhal hakimiyyətə işləmək versiyası gündəmə gəlir. Ara-sıra onların statuslarında İsa Qəmbərin də, Rauf Arifoğlunun da hakimiyyətə işləməsi barədə əminliklə yazılmış rəyləri oxuyuram. Ancaq ümumiləşdirmə aparanda görürsən ki, "hakimiyyətə işləmək" meyarı kimi bu cahillər bizim üçün Milli Məclisdə təmsil olunmağı əsas götürürlər. İndiyədək nə Natiq Cəfərli, nə də İsa Qəmbər, nə də Rauf Arifoğlu şəxsən Milli Məclisdə təmsil olunmayıblar. 1995-ci və 2000-ci illərdə AXCP adı ilə Milli Məclisdə təmsil olunanların hansı tamaşada hansı rol oynadığını isə bu yaxınlarda YAP iqtidarının təmsilçiləri yerinə və ünvanına qədər açıqladılar. Açıqlayandan sonra sözün doğrusu bu hakimiyyətlə separat danışıqlar aparmış keçmiş cəbhəçi dostlarımıza bir az simpatiyam artdı. Adamlar o zaman YAP-ın qarşısında əsil vətənpərvər tələb qoyublar: Parlamentdə bizə yer ayırmanıza və "Müsavat"ı kənarda qoymanıza bir şərtlə razılıq veririk ki, görüş "Xankəndi" adını daşıyan restoranda keçirilsin. Yəni demək istəyiblər ki, biz hansı əyri işə qol qoysaq da, Qarabağı unuda bilmərik. Bax budur e, vətənpərvərlik nümunəsi. Mandat öz yerində, Qarabağ məsələsində bir addım da geri çəkilmə ola bilməz. Məhz Xankəndində görüş olmalıdır... Ən maraqlıdsı da budur ki, "hakimiyyətə işləyən" REAL təşkilatının rəhbəri illərdir həbsdədir, hakimiyyətlə savaşan AXCP təşkilatının rəhbərinin illərdir həbs olunmama qarantiyası var... Ona görə də el arasında əbəs yerə demirlər ki, varlının fahişəsi, kasıbın da xəstəsi bilinməz. İfadəni üzrlü sayın, yerinə düşdüyünə görə yazmaq məcburiyyətində qaldım...”.
912 dəfə oxundu