Test sistemi qalacaq - Məleykə Abbaszadə

Test sistemi qalacaq -


Mərkəzləşdirilmiş imtahanlar indi necə təşkil olunursa - şəffaf, insan faktorundan azad - elə də təşkil olunacaq, insan faktoru yoxlamanın nəticələrinə təsir göstərməyəcək. Biz buna zəmanət veririk. Azərbaycanda kütləvi test imtahanları şəffaf, əsl biliyi qiymətləndirən bir üsuldur.

Hazırda bu sistemlə əlaqədar mövcud qanunvericilikdə hər hansı dəyişikliyin aparılması müzakirə mövzusu deyil. Bu sistem qalacaq. Bu barədə Trend-ə müsahibəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
“Tapşırıqların forması, məzmunu isə proqramlardan və dövlət tərəfindən qəbul olunan normativ sənədlərdən asılıdır. Biz hələ o sənədlərlə işləyirik ki, onlar indiki proqrama aiddir. 3 ildən sonra isə biz yeni standartlara uyğun yeni növ imtahanları aparmağa hazırıq.

Mən ona da söz verirəm ki, yazı işlərinin, açıq testlərin olmasına baxmayaraq, o imtahanların nəticələrinə heç zaman insan faktoru təsir göstərməyəcək. Belə texnologiya da bizdə hazırdır, monitorinq imtahanlarında istifadə olunaraq sınaqdan keçirilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...