“Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir" - Hikmət Hacıyev

“Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir" -


“Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Bu mövqe Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündə qəbul edilmiş Tbilisi bəyannaməsində bir daha əksini tapıb".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında tanınmamış Abxaziyanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə vizasız rejimə keçməsi barədə suala cavabında deyib. O bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qondarma rejim mövcuddur: "Ölkəmizin ərazisində viza rəsmiləşdirilməsi qaydaları Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Bundan kənar hər hansı özfəaliyyət qanundan kənardır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin saytında səyahət xəbərdarlığı var. XİN Azərbaycan vətəndaşlarını Gürcüstan mərkəzi hökumətinin nəzarətində olmayan ərazilərə sözügedən ölkənin müvafiq qurumlarının icazəsi olmadan səfər etməməyə çağırır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...